15 İyul 2016 11:18

Dövlət sifarişli yerlərin sayı 497 yer (4 faiz) artıb. Ötən il dövlət sifarişli yerlərin sayı 11714 idi. Bu il isə yerlərin sayı 12221-dir.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) direktoru Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında səsləndirib.

DİM rəhbəri bu il ayrı-ayrı qruplar üzrə dövlət sirafişli yerlərin sayını açıqlayıb: “Birinci qrupda dövlət sifarişli yerlərin sayı 300 yer (5.9%), ikinci qrupda 168 yer (9%), üçüncü qrupda 3 yer, dördüncü qrupda 62 yer (4.99%) artıb. Bu qərəmlər göstərir ki, dövlət sifarişli yerlərdə müsabiqə gərgin olacaq. Ümumi vakant yerlərin sayı 41965-dir. Bu, keçən ilki vakant yerlərdən 7.21 faiz çoxdur”.

Məleykə Abbaszadə onu da vurğulayıb ki, 200 bal toplamayan abituriyent ali məktəbə qəbulu ola bilməyək: “Lakin onlar orta ixtisas təhsili müəssisələrinə müraciət edə bilərlər. Əlbəttə, “2” almayıblarsa, çünki kolleclərə qəbul buraxılış imtahanları nəticələri əsasında aparılır.

11 illik bazadan orta ixtisas təhsili müəssəsisələrinə 6940 yer ayrılıb, bu, ötən illə müqayisədə 807 yer(13%) artım deməkdir.Ötən il bu rəqəm 6133 idi. Ali və orta ixtisas təhsili müəssisələrinə 48905 yer ayrılıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...