18 İyul 2016 17:20
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Tələbə qəbulu Üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” formasını doldurub və təsdiq edib. 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif: