19 İyul 2016 10:11
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası və təbliği vəziyyətinin müzakirəsi davam etdirilir. Növbəti ictimai dinləmə Sumqayıtda şəhərində keçirilib.

Teleqraf.com xəbər verir ki, ictimai dinləmədən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Şəhər icra hakimiyyətinin, məhkəmə, polis, prokurorluq orqanlarının, səhiyyə və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin dövlət siyasətinin ən başlıca xəttini təşkil etdiyini bildirib, şəhərdə insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.

Milli Fəaliyyət Planının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verən Ombudsman Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratik hüquqi və sosial-iqtisadi islahatlardan söz açıb, insan hüquq və azadlıqlarının müdafiəsi işinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.

Müzakirələrdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ombudsman Elmira Süleymanova Sumqayıt Şəhər Polis İdarəsində və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində də olub.

Bəkir


Müəllif: