19 İyul 2016 20:25
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi nəticəsində DSMF-nin mətbuat katibi postundan azad olunan jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə təyinat alıb.

Teleqraf.com xəbər verir ki, Əmrah Fəqanoğlu bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışacaq. O, uzun illər dostluq etdiyi jurnalist həmkarı, hazırda nazirlikdə həmin şöbəsinin rəisi olan Elman Babayevlə birgə işləyəcək.

Xatırladaq ki, Əmrah Fəqanoğlu DSMF-də çalışmazdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində və "İki sahil” qəzetində işləyib.


Müəllif: