20 İyul 2016 09:03
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Müəllif: