20 İyul 2016 11:32
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən 16 min 396 sual xarakterli müraciət cavablandırılıb.

Bu barədə Teleqraf.com-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müraciətlərin 24,33 faizi qeydiyyat, 17,94 faizi elektron xidmətlər, 16,22 faizi vergilərin növləri, 9,04 faizi vergi qanunvericiliyi, 5,67 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4 min 735 zəng daxil olub, 1761 zəng zamanı vergi borcu, 1357 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara qısa mesaj xidməti vasitəsilə 95 min 668 sayda SMS göndərilib.
İyunda vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 32 min 144 nəfərə 50 min 725 sayda müxtəlif xidmətlər göstərilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 389 min 908 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,9 faiz çoxdur.

Bəkir


Müəllif: