21 İyul 2016 15:50
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan yeni keçmiş 36 dini icmaya şəhadətnamə verilib.


Komitədən Teleqraf.com-a verilən məlumata görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, bu gün Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir: “Bu uğurun baş memarı Heydər Əliyevdir. Məhz onun Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olundu, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdiridi".


O, hazırda bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən ə həyata keçirildiyini vurğulayıb.

Sonra qeydiyyat şəhadətnamələri almış dini icmaların sədrləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri dini icmalar gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.


Müəllif: