22 İyul 2016 10:39
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bağlanan 4 bankın əmanətçilərinin kompensasiyaları banklara inzibatçı təyin edildikdən 7 gün sonra ödənilməyə başlanılacaq".

Bu sözləri maliyyə bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bank sektorunda ciddi problem mövcud deyil, banklar normal fəaliyyətini davam etdirirlər.

"Bu maliyyə çətinliyi son günlər hiss olunmurdu. Qərarın vaxtında verilməsi ona xidmət edir ki, ayrı ayrı banklarda olan xırda problem böyüməsin və sistemin çökməsinə səbəb olmasın. Banklarla bağlı narahat olunacaq hər hansı gözlənti və risk mövcud deyil".

Rüfət Aslanlı bildirib ki, 4 bankda 140 milyon 300 min əmanət var. Bunlar 40700 hesabdadır.

İlhamə Əbülfət


Müəllif: