22 İyul 2016 11:47
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyi 15 iyul tarixində Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə bağlı bəyanat verib.

Teleqraf.com AYB-nin mətbuat xidmətinə istinadən həmin bəyanatı təqdim edir:


“Qardaş Türkiyə Cumhuriyyətində 15 iyul hadisələrini Türkiyə vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşları da həyəcan və narahatlıq içində izlədi. Başı bəlalar görmüş Azərbaycan xalqına bu hadisələr yaxşı tanışdır. Silahlı qarşıdurmalar, dövlət çevrilişləri, xalqın üzərinə yeridilən silahlı qüvvələr, zirehli tanklar yaxın keçmişimizin ən ağrılı, ən acılı məqamlarıdır. Ancaq bununla belə Azərbaycan xalqı bu hadisələrdən qəhrəmanlıqla, üzü ağ, başı dik cıxdı. Ulu öndər Heydər Əliyevin qayıdışı, Azərbaycanın çətin zamanında xalqının yanında olması, ölkəmizə sabitlik, əmin-amanlıq bəxş etdi. Məhz bu böyük xilaskarın casarətli addımları, örnək siyasəti nəticəsində neçə-neçə təhlükəli hadisələrin, qardaş qırğınının qarşısı alındı. Qardaş Türkiyə xalqı da öz rəhbərinin arxasında dayandı. Demokratik dəyərləri hər şeydən uca tutdu. Ölümün üzünə düz baxdı. Şükürlər olsun ki, dövləti silah gücü ilə ələ keçirmək istəyən qüvvələrin aruzu gözündə qaldı. Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir.

Türkiyə Azərbaycanın ən çətin anlarında qardaşlıq sevgisi göstərib. Azərbaycan xalqı da Türkiyənin sevincinə sevinib, kədərinə üzülüb. Ölkə prezidenti cənab İlham Əliyevin qardaş ölkənin rəhbəri cənab Rəcəp Tayyip Ərdoğana zəng etməyi və dəstək təklif etməyi qardaşlıq sevgisinin bariz nümunəsidir. Azərbaycan Yazıçılar Birliynin çoxsaylı üzvləri adından qardaş ölkəyə keçmiş olsun diləklərimizi çatdırır, demokratiya uğrundakı zəfər münasibətilə təbrik edir, bu yolda fədakarlıq numayiş etdirib, həyatlarını qurban vermiş qandaşlarımıza Allahdan rəhmət diləyirik”.


Müəllif: