22 İyul 2016 21:52
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 22-də Ağdaş rayonunun Ərəbocağı kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə bildirilib ki, Ərəbocağı kəndinin 194 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2345 metr olan müxtəlif diametrli polietilen və 10 904 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: