23 İyul 2016 12:40
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ilin birinci yarısı ölkəmizdə sosial sahənin vəziyyəti baxımından müsbət qiymətləndirilə bilər”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə sosial sahə prioritet istiqamətdir. Onun sözlərinə görə, bu fakt dövlətin sosial yönümlü olduğunu göstərir.

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında bu ilin ötən dövründə 90 minə yaxın yeni iş yeri açıldığı qeyd olundu. Bunun da 78 mini daimi iş yeridir. Ümumilikdə, dövlət sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlayır. Nəzərə alaq ki, dünya iqtisadi böhranı nəticəsində bu il bir sıra ölkələrdə maaşlar, pensiyalar azalıb. Amma Azərbaycanda dövlət başçısı tərəfindən maaşlar və pensiyalar 10 faiz artırılıb. Bu, dövlətin sosial məsələlərə verdiyi önəmin göstəricisidir. Bu yöndə siyasət uğurla davam etdirilir”, - deyə M.Quliyev vurğulayıb.

Səxavət


Müəllif: