24 İyul 2016 16:15
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin kiçik simfonik orkestr üçün yazdığı “1791” serenadası səsləndiriləcək. Əsər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat bəstəkar Fərəc Qarayevin rəsmi saytında yer alıb. Bəstəkarın 1983-cü ildə yazdığı “1791” serenadası ondan bir il əvvəl böyük simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.

Musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri Fərəc Qarayev əsərlərində mühüm yer tutur. Bəstəkar üçün təkcə musiqi tarixinin çoxyarusluğunu göstərmək deyil, həm də onda özünə yaxın və qiymətli olanı üzə çıxarmaq vacibdir.

“1791” serenadasının premyerası 1984-cü il martın 19-da Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) böyük zalında olub. O zaman əsər Rauf Abdullayevin dirijorluğu ilə konservatoriyanın opera studiyasının kamera orkestri tərəfindən təqdim edilib.


Müəllif: