25 İyul 2016 10:36
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması məqsədilə Apellyasiya Komissiyası yaradıb.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10 00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Müəllif: