25 İyul 2016 11:57
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 25 iyul Elat bayramı öncəsi çağırış edib.

Teleqraf.com xəbər verir ki, cəmiyyət sədri Elat bayramının dostluq, qardaşlıq və sülh bayramı olduğunu xatırladıb: “Artıq ellərimizdən hazırlıqla bağlı sevindirici xəbərlər daxil olmaqda, ilk qonaqlarımız Gürcüstana gəlməkdədirlər. Təşkilat Komitəsi də Gürcüstandadır. İnanırıq ki, Gürcüstan siyasi hakimiyyəti və ictimaiyyətinin yaxından dəstəyi ilə Elat bayramı ən yüksək səviyyədə baş tutacaq. Öncədən Kvemo Kartli bölgə Qubernatoruna, Dmanisi rəhbərliyinə təşəkkürümüzü bildirirəm”.

Daha sonra cəmiyyət sədri bildirib ki, aşağıda qeyd edilən tövsiyələri zəruri hesab edirlər:

- Elat bayramı Gürcüstan kimi nümunəvi demokratik ölkədə keçirilir. Elat meydanı daha çox Gürcüstan bayraqları ilə bəzədilməli, hər kəs imkanı daxilində özü ilə Gürcüstan milli bayrağı gətirsin;

- Elat meydanında yalnız Gürcüstan, Azərbaycan, Türkiyə bayraqları dalğalandırılsın.

- Aşırı radikal cərayanların bayraqlarının hər hansı bir formada Elat meydanında dalğalandırılması yasaqdır. Kimsə belə halı müşahidə etdiyi halda hüquq mühafizə orqanları ilə bunun qarşısını alsınlar

- “Yaşasın vahid, demokratik Gürcüstan”, “Yaşasın Gürcüstan-Azərbaycan-Türkiyə dostluğu”, “rədd olsun separatizm” kimi şüarlar əsas şüarlar olsun.
- Spirtli içkilərdən istifadə minumuma endirilsin;
- Ərazinin sanitar vəziyyəti üçün hamı imkanlarını səfərbər etsin.
Bir daha bəyan edirik ki, “Borçalı” Cəmiyyəti vahid, demokratik Gürcüstanı, onun ərazi bütövlüyünün tam təmin olunmasını birmənalı dəstəkləməklə, etnik separatçılığın, istənilən radikal yanaşmanın əleyhinədir. Cənubi Qafqazda barış və sülhün qarantı kimi gürcü və türk millətinin səylərinin birləşdirilməsini vacib hesab etməklə, regional təhlükəsizlikdə Azərbaycan - Gürcüstan - Türkiyə strateji tərəfdaşlığına xüsusi əhəmiyyət verir”.

Nemət


Müəllif: