25 İyul 2016 21:21

İyulun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Teleqraf.com TQDK-nın saytına istinadən xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.

Qeyd olunan müddətdə komissiyaya 15 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.


Müəllif:
Загрузка...