26 İyul 2016 18:05
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” Gömrük Postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.

“Xanoba” Gömrük Postunda isə nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Ümumilikdə 29 600 ədəd siqaretin aşkar edildiyi hər iki fakt üzrə araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: