28 İyul 2016 11:18

“Avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq. Yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetindəki məqaləsində bildirilir.

Nazirin sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək: “İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır. Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İran və Rusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər. Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə - Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.

Natiq Əliyev qeyd edib ki, Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər.


Müəllif:
Загрузка...