28 İyul 2016 15:43
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son saatlarda feysbuk sosial şəbəkəsində təxribat xarakterli bir şəkil dövr edir. Apardığımız araşdırmalardan məlum oldu ki, sözügedən fotonun Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi hesabında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, şəkli Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirib: “Şəkildə, gördüyünüz kimi, Azərbaycan Respublikasının dövlət ərazisi yanlış göstərilib, həmçinin Azəri-Çiraq-Günəşli yataqlarının ehtiyatları barədə yalnış məlumat təqdim olunub. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir”.

Qeyd edilib ki, SOCAR tərəfindən şəkildəki məhsulun satıcısına etiraz bildirilib: “Şəkildəki yanlış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılacaq”.

Xatırladaq ki, ebay.com alış-veriş portalında üzərində Azərbaycanın təhrif olunmuş xəritəsi, neft yataqlarının foto və məlumatları olan suvenir satışa buraxılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: