25 İyun 2014 11:04
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Apple korporasiyası iPhone 6 smartfonlarının istehsalına iyul ayının əvvəlində başlayacaq.

4,7 və 5,5 düymlük ekranlara malik smartfonlar sentyabr ayında, eyni gündə təqdim olunacaqlar.


Apple-in illərdən bəri iPhone-un displey ölçülərini dəyişməz saxlaması ilə bağlı strategiyası da artıq uğursuz sayıla bilər, çünki dünya miqyasında böyük ekranlı smartfonlara tələbat fasiləsiz artır.


Milli.Az Bloomberg-ə istinadən bildirir ki, böyük displeyli smartfonlar bazarının böyüməsini bütün sorğular və hesabatlar da təsdiqləyir.

Məsələn, Çində ekranı 4,7 düymdən böyük orlan smartfonlar artıq istifadəçilərin 40 faizində var və bu rəqəm durmadan artır.

iPhone 6 smartfonun əvvəlki modelləri ilə müqayisədə daha nazik olacaq. Smartfonun displeyində barmaqların ekrana basılma gücündəki fərqi hiss edən sensorlar da quraşdırılacaq.


Tayvandakı Foxconn və Pegatron korporasiyaları iPhone 6 istehsalı ilə bağıl sifarişləri aldıqlarından yeni əməkdaşlar yığmağa başlayıblar.

Yeni iOS 8 əməliyyat sistemi ilə çalışacaq iPhone 6-da Touch ID barmaq izləri skaneri, enerjiyə qənaət edən A8 prosessoru, fotonu optik stabilləşdirmə sisteminə malik əsas kamera olacaq.


Apple-in yeni smartfonlarının korpuslarını Catcher Technology şirkəti hazırlayacaq.


Böyük ekranlı smartfonlar bazarında Apple hazırkı liderlər Samsung , HTC, Sony və LG ilə ciddi rəqabət aparmaq niyyətindədir.


Müəllif: