31 İyul 2016 11:05
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa-Azərbaycan Universitetinə iyulun 27-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.

İmtahanı qazanan gənclər 31 iyul–2 avqust 2016-cı il tarixlərində sənədlərini təqdim etməli və tələbə adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək.

Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq.


Müəllif: