8 Aprel 2014 10:11

5 yaşlı uşağın faciəvi ölümü cəmiyyətdə şok yaratdı. 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov Sumqayıt şəhərində çirkab su kanalında bataraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, uşaq ”Sumqayıt" sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarət olunmayan ərazidə boğulub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN-nin dalğıc-xilasediciləri Mahir İsmayılovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxşar hadisə Türkiyəni də bir-birinə vurub. 3 yaşlı Pamir Dikdikin itkin düşməsi xəbəri qısa müddətdə ölkə mətbuatında və sosial şəbəkələrdə yayılaraq hər kəsi onun axtarışına cəlb etmişdi.

Pamirin aprelin 4-də Sarıyer Zekeriyaköyde səhər saatlarında evdə ana-atasının yatmasından istifadə edərək evdən çıxdığı bildirilirdi. Ailənin, polis qruplarının 2 günlük axtarışı məyusluqla nəticələnib. Onu tapmağa müvəffəq olmayan axtarışçılar apelin 5-də uşağın cəsədini qonşuluqdakı villanın hovuzunda aşkarlayıblar.


Müəllif: Teleqraf.com