2 İyul 2014 20:18

“153 bakalavr və 88 magistr fərqlənmə diplomuna layiq görüldü”

2 İyul - Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) böyük sevinc həyəcanı yaşanıb.

Teleqraf.com-un xəbərinə görə, Neft Akademiyası 2014-cü tədris ilinin məzunları ilə vidalaşdı. ADNA rektoru, akademik Siyavuş Qarayev çıxış edərək bütün müəllim və tələbə heyətini təbrik etdi.

Energetika naziri Natiq Əliyev, Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli də gənclərə uğurlar diləyib. Tələbələr, valideynlər çıxış edib, xoş arzularını səsləndiriblər.

Bu il bu təhsil ocağını 1687 nəfər başa vurub. Onlardan 114 nəfər əcnəbi bakalavr səviyyəsində və 182 nəfər, o cümlədən 28 nəfər əcnəbi magistr səviyyəsində təhsilini bitirib.Yüksək intellekti, şəxsi intizamı və məsuliyyəti ilə seçilən 153 bakalavr və 88 magistr fərqlənmə diplomuna layiq görülüb.

Teleqraf.com


Müəllif: