6 İyul 2014 20:44
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 2013 – cü il 17 iyul tarixli əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, , “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16- dan dekabrın 31- dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib.


Müəllif: