7 İyul 2014 17:28
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub. Bu, artıq TQDK-nın “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərinin 14-cüsüdür.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir.

TQDK-da virtual ödəmə kartları (qəbul imtahanında istifadə etmək üçün - iş nömrəsi və şifr, sınaq imtahanlarında istifadə etmək üçün - seriya nömrəsi və PİN kod) elektron formada təqdim edilir.
Yeni xidmətlə əlaqədar TQDK bəyan edib ki, iş nömrəsini və ya şifrini unutmuş şəxslər Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla “2” yazıb göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 10 qəpikdir.

NİGAR


Müəllif: