7 İyul 2014 18:53
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 14 iyul 2014-cü il tarixdə saat 18:00-dək DQMK-a(AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

DQMK-dan Teleqraf.com-a daxil olan xəbərə görə, müsabiqədə iştirak edən dövlət orqanları üzrə ərizə verən namizədlərin sayı 474-dür. Müsabiqə 3 dövlət orqanı üzrə elan edilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vakansiya sayı 10 nəfərdir, ərizə sayı 432-dir.Şəki İnzibati-İqtisadi Məhkəməsindən 1 yerə 14, Şirvan Şəhər Məhkəməsindən 1 yerə 28 şəxs müraciət edib.

NİGAR


Müəllif: