23 Aprel 2014 12:33
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimin məqsədi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət və əməliyyat planlarının reallığının yoxlanılması, şəxsi heyətin birgə fəaliyyət sahəsində bacarıqlarının daha da artırılmasıdır.

Təlim zamanı şərti olaraq baş vermiş zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yanğının söndürülməsi və insanların xilas edilməsi üzrə tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Naibə


Müəllif: