23 Aprel 2014 12:52
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi ANS televiziyasını məhkəməyə verir.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, nazirliyin Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı yayılan iddialarla bağlı olaraq bu addımı atıb. Nazir televiziyanı dəqiqləşdirməmiş məlumat yaymaqda ittiham edib. O vurğulayıb ki, bu məlumatın yayılmağı Azad Rəhimova qarşı yox, prezidentin siyasətinə təxribatdır.

Nazir qeyd edib ki, Gənclər və İdman Nazirliyində korrupsiya aşkar olunmayıb.

“Sadəcə iki rayonun kompleks tikintisində asfalt örtüyü ən sonda həyata keçirilir. İki il müddətində də nöqsan olduqda aradan qaldırılır. Kompleksin istifadəyə verilməsi 15-16 təşkilatın birgə işindən asılıdır və 1 il müddət zaman tələb edir. Kreditor borclar dövlət proqramı əsasında işlər başa çatandan sonra mərhələlər və müqavilələr üzrə verilir. Bu adi bir haldır. Bu məsələyə son qoymaq üçün bildirirəm ki, bu, korrupsiya faktları deyil. İs başa çatana kimi o qədər prosesden keçir ki, sadəc media bu prosesləri bilmir”.

A.Rəhimov əlavə edib ki, Hesablama Palatası son illər ərzində hər il Gənclər və İdman Nazirliyi və digər nazirlikləri yoxlayır: “Nəticədə Milli Məclisə təhlilini təqdim edir. Sonuncu təqdimatla tanış olmuşuq. Böyük nöqsanlar olmadan kiçikləri aradan qaldırılıb. Normal yoxlama keçib. Niyəsə bəzi saytlarda yazılıb ki, Daşkəsən rayonunda təyinat dəyişikliyi olub. Xoşbulaq adlanan ərazidə təməl qoulub, Olimpiya İdman kompleksi tikilib. Xoşbulaq şəhər mərkəzindən uzaqda yerləşir, ona görə də prezidnetin təklifi ilə orada gənclər mərkəzi tikildi və istifadəyə verilib. Digər komplekslər də fəaliyyətdədir. Bəzən tikinti şirkətləri səhvə yol verir, çalışırıq ki onu da aradan qaldıraq. Ayrılan maliyyədən 5% faiz zəmanət kimi saxlanır ki nöqsan olarsa aradan qaldıraq. Nazirliyin nümayəndəsi də münasibət bildirdi və qeyd etdi ki, Hesablama Palatasının hesabatında nazirlikdə korrupsiya faktının aşkarlanması ilə bağlı qeyd yoxdur”.

Konfrasda iştirak edən ANS-in əməkdaşı Ləman Ələşrəfqızı isə məlumatın digər saytlara istinadən verildiyini bildirib.

Azad Rəhimov deyib ki, ANS özünü korrupsioner adlandırıb buna görə də nazirliyin nümayəndələrinə məhkəmə üçün lazimi sənədləri hazırlamağı da tapşırıb.

Sevinc


Müəllif: