23 Aprel 2014 13:17
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gənclər və İdman Nazirliyi 2013-cü ildə bütövlükdə 192 tədbir keçirilib. Onlardan 38-i beynəlxalq əhəmiyyətli, 154-ü yerli olub, o cümlədən 50-dək tədbir respublikanı əhatə edib”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu tədbirlərdə 200 mindən artıq gənc iştirak edib: “66 ölkə ilə mübadilədə 1972 nəfər iştirak edib. Onlardan 1110-u xarici qonaq qismində Azərbaycana gəlib, 862 gənc ezam olunub. 2014-cü ilin birinci rübündə 27 tədbir həyata keçirilib”.

Nazir vurğulayıb ki, 2013-cü ilin 3 iyin tarixində prezident tərəfindən “Gənclər mükafatı” təsis edilib: “2014-cü il in fevralın 2-də 6 nəfər gənc həmin mükafatin laureatı olub. 7 telelayihə hazırlanıb və efirdə nümayiş olunub. Gənclərin ictimai fəallığının artması QHT-lərin sayının artmasında özünü göstərir. 10 il ərzində onların sayı təxminən 5 dəfə artaraq 51-dən 250-ə çatıb”.

Sevinc


Müəllif: