9 İyul 2014 17:45
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında qanunun və Nazirlər Kabinetinin “Şəkərli diabet üzrə 2005-2009-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reablitasiya yardımının təşkil edilməsi həyata keçirilir.

Qanunda bildirilir ki, diabetli uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatlarla təmin edilməsi, iş icrası Gənclər və İdman Nazirliyinə, Səhiyyə Nazirliyinə həvalə edilsin. “2011-2015 –ci illər üçün Şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda da həmin ideya davam etdirilərək icraçı kimi Respublika Endokrinoloji Mərkəz və yardımçı təşkilat kimi Azərbaycan Diabet Liqası İctimai Birliyi göstərilib.

Teleqraf.com-un xəbərinə görə, qu səbəbdən də hər il olduğu kimi bu ildə 9-19 iyul tarixlərində 30 nəfər diabetli vətəndaşlar üçün xüsusi yay düşərgəsi təşkil edilib. Səhiyyə Nazirliyinin və Gənclər İdman və Turizm Nazirliyinin və dəstəyi ilə diabeti olan 14-17 yaş həddində olan uşaqlar üçün Lənkəranda “Palıdlı Sahil” istirahət zonasında xüsusi yay düşərgəsi təşkil edilib. Yay düşərgəsi zamanı 30 nəfər Respublika Endokrinoloji Mərkəzin tibb əməkdaşları tərəfindən nəzarət altında istirahətlə yanaşı təlim olunacaqlar. Uşaqları bu ərəfədə maraqlı gün rejimi, müsabiqələr, idman oyunları gözləyir.

Naibə


Müəllif: