11 İyul 2014 13:42
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta məktəblərdəki buraxılış imtahanlarının nəticələrindən danışan TQDK sədri Məleykə Abbaszadə gender problemlərinə də diqqət çəkib.

Teleqraf.com-un məlumatına görə, TQDK sədri bu rəqəmləri açıqlayıb: “Ümumi ölkə üzrə 9-cu siniflərdə oğlanların sayı 53, qızların sayı 47 faizdir. Bu, ümumilikdə yaxşı rəqəmdir. Amma elə rayonların məktəbləri var, 9-cu sinifdə bir nəfər də qız yoxdur. Məsələn, Şamaxı və Qobustan rayonunda 9-cu siniflərdə qızlar oxumur.

Ölkə üzrə 11-ci sinfi bitirənlərin isə təxminən 56 faiz oğlan, 44 faizi qızdır. Bu da qənaətbəxş rəqəmdir. Elə rayonlar var ki, məsələn, Lerikdə oöğlanların sayı 70-80 faizdir. Zərdab, Qax, Balakəndə isə 11-ci sinfi bitirən oğlanların sayı 40 fazidən aşağıdır”.

Sevil


Müəllif: