11 İyul 2014 18:17
464

Magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.

Bu məlumat Telerqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından daxil olub. Məlumatda bildirlir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul 2014-cü il tarixində saat 17:00-da başa çatıb, Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, ali məktəblərin magistratura səviyyəsinə qəbul olan bakalavrların magistrların qeydiyyatı iyunun 25-dən iyulun 10-dək idi. TQDK qeydiyyat müddətini 11 iyul 17:00-dək uzatmışdı.

SEVİL


Müəllif: