8 Aprel 2014 13:16
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirilib ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Müəllif: Teleqraf.com