20 Aprel 2017 15:26
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Bu, yeni hazırlanan "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. (report.az)


Müəllif: