20 Aprel 2017 16:38
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinə imtahanlardakı yazı işlərini yoxlamaq üçün hər bir fəndən ən azı 5 min marker lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, indiyədək DİM tərəfindən Azərbaycan bölməsi imtahanları üçün 1717 marker treninqə dəvət olunub: “Onlardan 679 nəfəri treninqdən uğurla keçib. Həmin markerlərin 135 nəfəri imtahanlarda yoxlama işlərinin yoxlanmasında iştirak edir. Əvvəl marker işinə müəllimlər cəlb edilirdi. Sonradan II kurs magistrlər qəbul ediliblər”.

Sədr qeyd edib ki, rus bölməsi imtahanları üçün markerlərin sayı azdır: “Rus dili üzrə Bakıda 98 müəllim marker olmaq üçün treninqə cəlb olunub. Onlardan 28-i treninqdən uğurla keçib. Yoxlama işlərinin yoxlanmasında isə 13 marker iştirak edir. Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, marker treninqlərinə II kurs tələbələri olan magistrlər cəlb edilsin. Gələcəkdə markerlərin hazırlanması üçün akademiya, yaxud kurslar yaradıla bilər. Markerlərin hazırlanması isə ödənişli həyata keçiriləcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif: