20 Aprel 18:09

Müəllif Hüquqları Agentliyinin yeni strukturu açıqlanıb.

Agentliyin sədri Kamran İmanov hazırda Müəllif Hüquqları Agentliyinin tam kompüterləşmiş, tərkibində müasir texnologiyalara əsaslanan avadanlıq və mətbəə ilə təchiz edilmiş Smart-tipli Treninq Xidməti, distant təhsil alma və əlaqələndirmə BigBlueButton və TrueConf Online sistemləri olan, nəzarət markalarının hazırlanması və izlənməsini həyata keçirən Hüquqların Təminatı Mərkəzi, Rəqəmli hüquqların idarəçilik sistemi olan, E-hökumət portalına qoşulan, “960” qaynar xətti və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na malik dövlət orqanı olduğunu bildirib.

Onun sözlərinə görə, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən bu ilin birinci rübünədək Agentlikdə 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib. (report.az)


Müəllif: