21 Aprel 2017 14:11
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu haqda Telqraf.com-a Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən məlumata verilib.

Yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəfiqə Nazimqızı


Müəllif: