23 Aprel 2017 22:10
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb

Yevlaxda yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Yevlax rayonu, Rüstəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 18:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com