23 Aprel 2017 23:34
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihənin məqsədi gəncləri kiçik sahibkarlığa sövq etməkdir

«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsinin icrasına başlayıb.

Layihə rəhbəri Sevinc Kərimovanın sözlərinə görə, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. Respublikanın 3 bölgəsindən ( cənub, qərb və aran)olan gənclərdə kiçik və orta biznesə maraq yaratmaq üçün sitimulaşdırıcı görüşlər keçirməkdən ibarək olacaq. 4 rayonda (Masallı, Göy-göl, Samux, Göyçay) 120 nəfərin iştirakı ilə “Biznesə ilk addım” adlı dəyirmi masa keçiriləcək . Görüşlərdə həmin bölgədən olan iş adamları qonaq kimi iştirak edəcəklər. Layihə , ucqar kəndlərində yaşayan gənclər arasında kiçik biznesi təbliğ edəcək, gəncləri özünə məşulluq üçün həvəsləndirəcək. S. Kərimova layihənin vəifəsnin ölkədə kiçik və orta sahibkarlarının sayının artmasına dəstək olduğunu bildirib.


Qeyd edək ki, artıq aprel ayından etibarən layihənin icrasına başlanılıb. Bununla bağlı, aidiyyatı dövlət qurumlarına məlumatlar göndərilib. İlk dəiyirmi masa 28 aprel tarixində, Göygöl rayonunda keçiriləcək.


Müəllif: Teleqraf.com