24 Aprel 2017 12:37
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 28-də Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçirəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif: