24 Aprel 2017 14:00
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükdə 4000 ədəd qanunsuz siqaret saxlanılıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Şəfiqə Nazimqızı


Müəllif: