24 Aprel 2017 15:21
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Respublika ərazisində əsən şimal-qərb və şimal küləyi aprel ayının 26-sı günortaya kimi davam edəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda respublika ərazisində güclü şimal-qərb, şimal küləyi əsir: “Külək gecə saatlarında zəifləyəcək, amma sabah günorta yenidən güclənəcək. Güclü külək aprel ayının 26-sı günortaya kimi davam edəcək”.

Gülşad Məmmədova qeyd edib ki, havanın küləkli olmasının səbəbi qərbdən soyuq hava külələrinin daxil olmasıdır.

İlhamə ƏBÜLFƏT


Müəllif: