24 Aprel 2017 17:04
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şopinq festivalı Azərbaycana bir sıra dividentlər gətirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə bakushopfest.com saytına müsahibəsində Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Onun fikrincə, bu festival sayəsində Azərbaycanda beynəlxalq brendlər arasında rəqabət daha da güclənəcək. Eyni zamanda, yerli və xarici alıcıların Azərbaycandakı ticarət mərkəzləri və mağazalara marağı artacaq: “Festivalın ənənəvi olaraq, hər il keçiriləcəyini nəzərə alsaq, əminliklə demək olar ki, bu alıcılar Azərbaycandakı mağazaların daimi müştərilərinə çevriləcəklər”.

Nasir Əbdül Kərim hesab edir ki, turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır: “Turistlər gəzmək üçün daim sabit və gözəl şəhərlər axtarır. Bu mənada Bakı misilsizdir. Şopinq festivalı Azərbaycana daha çox turist cəlb etməklə yanaşı, bu sahədə xidmətlərin keyfiyyətini də yüksəldəcək. Ölkə iqtisadiyyatına ciddi səmərə verən belə bir addımı yalnız alqışlamaq olar”.

Nərgiz


Müəllif: