26 Aprel 2017 12:43
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ilin yanvar-mart ayları ərzində respublikada 6628 suçiçəyinə yoluxma qeydə alınıb. Bu ilin 1-ci rübündə isə belə hadisələrin sayı 5886 olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Afaq Əliyevanın sözlərinə görə, qeyd edilən rəqəm respublika üçün çox deyil: “Ötən il ilə müqyisədə suçiçəyinə yoluxma 11,2 faiz azalıb. Suçiçəyi Azərbaycanda idarə olunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz yalnız əks-epidemik tədbirlər vasitəsilə belə halların sayının azalmasına nail olur, xəstəliyin yayılmasının qarşısını alırıq”.

Afaq Əliyeva deyib ki, suçiçəyinə yoluxma, əsasən, əhalinin sayı çox olan böyük şəhərlərdə, xüsusilə Bakıda rast gəlinir: “Hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında müşahidə edilir. Əsasən, məktəblilər arasında, mütəşəkkil kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Bağçalarda yoluxma o qədər də çox deyil. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində yoluxma sayında artım qeydə alınmır”.

İlhamə ƏBÜLFƏT


Müəllif: