26 Aprel 2017 18:58
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında Ana dili fənni üzrə məzunların 8,51 faizi “2”, 30,4 faizi “3”, 35,67 faizi “4”, 25,42 faizi “5” alıb”.

“Report” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, keçən il 20 min 727 şagird məktəbi bitirb. Onların 20 min 262 nəfəri buraxılış imtahanında iştirak edib və 16 479 nəfəri Ana dili, riyaziyyat və xarici dil fənnindən müvəffəq qiymət alıb.

Ümumilikdə isə 20 608 nəfər attestat alıb.


Müəllif: