27 Aprel 2017 11:44
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib.

Teleqraf.com xəbər verir ki, dəyirmi masada ekspertlər də iştirak edib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub:

“Bu, əslində, daim diqqət mərkəzində olan məsələdir. Çünki birbaşa insanların sağlamlığı ilə bağlıdır. Məsələnin aktuallığı və əhəmiyyəti tədbirdə müvafiq dövlət qurumlarının və onların təmsilçilərinin də iştirakını zəruri və vacib etdi”.

Xatırladaq ki, Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirədədir. Birinci oxunuş müzakirələri zamanı bəzi deputatlar sulu qəlyanların da qadağan edilməsi təklifi ilə çıxış edib.

Adının çəkilməsini istəməyən deputatlardan biri Teleqraf.com-a deyib ki, artıq deputatların təklifi nəzərə alınıb və qanunda sulu qəlyanların da qadağan edilməsi maddəsi öz əksini tapacaq.

Cavad


Müəllif: