27 Aprel 2017 12:39
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində bir neçə media qurumunun saytının bloklanması ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə iddiaçlnın nümayəndəsinin etibarnaməsi olmadığı məlum olub.

Bu səbəbdən proses mayın 1-dək təxirə salınıb.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) ilə “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Hacı Zeynalov


Müəllif: