27 Aprel 2017 16:11
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

İlhamə ƏBÜLFƏT


Müəllif: