27 Aprel 2017 17:34
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ailə münasibətləri üzrə 21913 mülki işə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Statistika Komitəsinin illik bülletenində qeyd edilib.

Onlardan 12094-ü nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsilə bağlı olub. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 852 işə baxılıb. Məhkəmələr tərəfindən 812 iddia təmin olunub.

Birinci instansiya məhkəmələrinə övladlığa götürmə və onun ləğvi ilə bağlı 502 iş daxil olub. Onlardan 468-də iddialar təmin edilib. Məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub. 76 nəfər valideynlik hüququndan məhrum olub.

Məhkəmələrdə valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı baxılan 86 işdən 82-də iddialar təmin olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: