27 Aprel 2017 23:20
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada yaşayan Ardi Rizal adlı uşaq hələ 2 yaşında olanda siqaret çəkirdi.

Sosial şəbəkələrdə siqaret çəkən uşaq kimi tanınan Ardi gün ərzində 40 ədəd siqareti “əridirdi”.

Publika.az xəbər verir ki, dünyanın siqaret çəkən körpə kimi tanıdığı indoneziyalı uşağın artıq 5 yaşı var. Bütün dünyanın səhhətindən nigaran qaldığı uşaq 2013-cü ildən zərərli vərdişlərindən xilas olub.

Ardi Rizal artıq yaşıdları kimi məktəbə gedir və sağlam həyat tərzi keçirir.

Siqareti atdıqdan sonra sürətlə kökələn 5 yaşlı uşağın çəkisi 24 kq-a çatıb.


Müəllif: