28 Aprel 2017 10:44
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda şagird sayı az və çox olan şəhərlər (rayonlar) açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Şagird sayı ən az olduğu yerlər Xocavənd, Şahbuz, Xocalı, Naftalan və Sədərəkdir. Bu rayonlarda (şəhərlərdə) müvafiq olaraq 2. 052, 2.021, 1.536, 1.349 və 1.296 şagird təhsil alır.

Azərbaycanda şagird sayının çox olduğu yerlər isə Sumqayıt, Abşeron, Gəncə, Şəmkir və Lənkərandır. Onlarda müvafiq olaraq 50.616, 47.031, 42.000, 34.148 və 31.179 şagird təhsil alır.

Təhsil alanların sayı ən çox olan rayon Sabunçu - 59.088 nəfər, ən az olan isə Sədərək rayonudur -1.296 nəfər.

Hesabatda ölkədə 7 axşam, 6 qiyabi məktəb və sinif olduğu qeyd olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: